...

Azərbaycanda "Chevron Overseas Exploration Limited" və "Chevron Overseas Petroleum Azerbaijan Limited" şirkətlərinin fəaliyyəti dayandırılıb

Energetika Materials 8 Fevral 2007 11:34 (UTC +04:00)

Trend-i buradan izləyin

Trend xəbər verir ki, "Shevron Overseas Exploration Limited" şirkətinin Azərbaycan nümayəndəliyinin ləğv edilməsi üzrə komissiya şirkətin fəaliyyətinin dayandırılması barədə elan edib.

Gələcəkdə bu şirkətin qeydiyyatdan çıxarılması və tam ləğvi nəzərdə tutulur. Fəaliyyətin dayandırılması fevralın 8-də başlayır. Bütün tələb, irad və suallar 60 gün ərzində qəbul edilir.

Bu gündən etibrən həmçinin "Chevron Overseas Petroleum Azerbaijan Limited" şirkətinin fəaliyyəti dayandırılır. Gələcəkdə qeydiyyatdan çıxarılacaq və tam ləğv ediləcək. Bütün tələb, irad və suallar 60 gün ərzində qəbul edilir.

Bundan öncə "Shevron" "Abşeron" perspektivli dəniz strukturunun işlənməsi üzrə layihədə iştirak edib. Daha sonra şirkət karbrhidrogen həcmlərinin kommersiya cəhətdən cəlbedici olmamasını aşkar etməklə əməliyyatdan imtina edib.

"Abşeron" layihəsi üzrə tərəfdaşlar: Amerikanın "ChevronTexaco" (operator) - 30%, ARDNŞ - 50% və Fransanın "Total" - 20% şirkətləri olub. Layihənin realizəsinə nəzərdə tutulan pul qoyuluşları məbləği 3-4 mlrd. dollar təşkil edirdi.

Xəbər lenti

Xəbər lenti