Azərbaycan, Bakı/ Trend V.Şərifov/ Novorossiysk limanına yaxın olan mənbənin verdiyi məlumata görə Azərbaycan martda bu limandan 140 min ton Ural markalı neft satacaq.
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Novorossiysk limanının ikinci körpüsündən 15-16 martda 60 min ton, Azərbaycan beynəlxalq əməliyyat şirkəti (ABƏŞ) isə 23-24 martda 80 min ton neft satacaq.
Mənbə bildirir ki, 22-23 və 24-25 martda limandan başqa neft göndərişləri nəzərdə tutulmayıb.