...

Fevralda Naxçıvana verilən qazın dəyərinin 85%-i ödənilib.

Energetika Materials 9 Mart 2007 13:56 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend müxbir C.Qurbanoğlu/ Fevralda Naxçıvan şəhərində 4 mln 432 min 573 kubmetr qazdan istifadə olunub. Verilən mavi yanacağın dəyəri 327 min 500 manat təşkil edir. "Naxçıvanqaz" MMC-dən verilən məlumata görə, 277 min 310 manat vəsait yığılıb ki, bu da istifadə olunan qazın 85 faizini təşkil edir.

"Naxçıvanqaz" MMC-dən onu da bildiriblər ki, fevralda Naxçıvan şəhərində 1785 sayğac quraşdırılıb, sayğaclara müdaxilə halı qeydə alınmayıb və abonentlərin tam əksəriyyəti ödənişə cəlb olunub. "Ödənişin 85 faiz olması isə Naxçıvan şəhərinin qazlaşdırılmasının davam etməsi ilə əlaqədar texniki itkilərlə bağlıdır"--deyə təşkilatdan bildiriblər.

Naxçıvan şəhərində 13 949 mənzilə qaz verilir. Paytaxt şəhərin tam qazlaşdırılması isə aprelin əvvəllərində başa çatacaq.

Xəbər lenti

Xəbər lenti