...

Azərbaycanın elektrik stansiyalarına mazut tədarükünün həcmi elan edilib

Energetika Materials 27 Mart 2007 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend S.Əliyev / Hazırda Azərbaycan elektrik stansiyalarına sutka ərzində təxminən 5-7 min ton mazut tədarük edilir. Hökumətdən verilən məlumata görə, yerli neft emalı müəssisələrində istehsal edilən bütün mazut elektrik stansiyalarına göndərilir.

Bu il yanvar ayının 1-dən Azərbaycan mazutla iş üsuluna keçib. Yanvarda elektrik enerjisinin istehsalı üçün təxminən 10 min ton mazut təhvil verilib. Həmçinin hazırda qaz yeraltı qaz anbarlarından istifadə edilir. Payız-qış dövründə onlardan 1 mlrd.kub metrdən çox qaz çıxarılıb. Yanvarın 1-dən Rusiyadan Azərbaycana qaz verilməsi bütünlüklə dayandırılıb.

Xəbər lenti

Xəbər lenti