...

Qazaxıstanda EİTİ təşəbbüsü müzakirə edilib

Energetika Materials 30 Mart 2007 15:37 (UTC +04:00)
Qazaxıstanda EİTİ təşəbbüsü müzakirə edilib

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova /26-27 mart tarixində Alma-Atada iştirakçı dövlətlərin qeyri-hökumət təşkilatlarının regional konfransında Azərbaycan, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Monqolustan və Rusiyanın Emal Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) müzakirə olunub. Bu barədə cümə günü İctimai Vəsaitlərin Monitorinqi Mərkəzinin rəhbəri İnqilab Əhmədov məlumat verib.

Astanada konfransda Azərbaycanı İnqilab Əhmədov, Soros fondunun nümayəndəsi Mehriban Vəzir təmsil edib. "Konfransda altı ölkənin emal sənayesində şəffaflığın təmin olunması yollarındakı poblemlər və maneələr, həmçinin 2007-ci ildə həyata keçiriləcək planlar müzakirə olunub", - deyə o bildirib.

Altı iştirakçı dövlətin EİTİ üzrə ilk regional konfransı 2006-cı ildə Tiflisdə keçirilib. Konfransda ikinci konfransın Alma-Atada keçirilməsi qərarı qəbul olunub.

Əhmədovun sözlərinə görə, Alma-Atada keçirilən konfransda növbəti konfransın sentyabr ayında Ulan-Batorda keçirilməsi qərarı qəbul olunub.

Xəbər lenti

Xəbər lenti