Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev /Hazırda Bakıda elektrik borclarına görə 24 min abonentin elektrik enerjisi kəsilib. Bu barədə məlumat şəhərin paylayıcı şəbəkəsini idarə edən "Bakıelektrikşəbəkə" ASC-dən verilib.
Enerji verilişi dayandırılmış abonentlərin 3 600 nəfərini əhali olmayan abonentlər təşkil edir.
Enerji verilişinin dayandırılması borclar ödənilənədək davam etdiriləcək.