...

Azərbaycan aprel ayında Gürcüstana qaz ixracını davam etdirir

Energetika Materials 2 Aprel 2007 18:08 (UTC +04:00)
Azərbaycan aprel ayında Gürcüstana qaz ixracını davam etdirir

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirtsxaliya/ Azərbaycan qazının Gürcüstana idxalı əvvəlki kimi sutkalıq 2,3 mln. kubmetr təşkil edir. Trend -ın Tiflisdəki xüsusi müxbirinin verdiyi məlumata görə, bu həcmin 1 mln. kubmetrini Gürcüstan Bakıl-Tiflis-Ərzurum qaz kəməri ilə, 1,3 mln. kubmetrini isə "Azəriqaz"ın daxili ehtiyatları hesabına köhnə kəmər vasitəsi ilə alır.

Trend -a Gürcüstanın neft və qaz korporasiyasından verilən məlmuata görə, gələcək tədarük məsələlərini müəyyənləşdirəcək müqavilə Gürcüstanın baş naziri Zurab Noqaidelinin Azərbaycana səfəri zamanı Bakıda müzakirə olunacaq. Danışıqlarda energetika naziri Nika Qilauri və Gürcüstanın Neft və Qaz korporasiyasının baş direktoru Aleko Xetaquri də iştirak edəcək.

Azərabayacan qazı ilə yanaşı Gürcüsatan "Qazprom"dan Ermənistana qaz tranzitinə görə 0,8 mln. kubmetr və 2,4-2,5 mln. kubmetr həcmdə rus qazı alır.

Daha öncə Azərbaycandan 1,3 mln. kubmetr həcmdə qaz tədarükünün müqaviləyə əsasən aprelin 1-nə qədər davam edəcəyini bildirən nazir Qilauri bu müqavilənin uzadılması üçün danışıqlar aparıldığını bildirmişdi. "Şahdəniz" yatağında yeni quyular mənimsəniləcək ki, buna müavfiq olarq Gürcüstanın payı artacaq",-deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti