...

İrandakı problemlər Naxçıvan MR-in enerji təminatına mənfi təsir göstərə bilər

Energetika Materials 5 Aprel 2007 15:05 (UTC +04:00)
İrandakı problemlər Naxçıvan MR-in enerji təminatına mənfi təsir göstərə bilər

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/İranda bu ölkənin nüvə proqramı ətrafında yaranan çətinliklərlə əlaqədar mümkün hərbi əməliyyatlara başlanması nəticəsində Naxçıvan MR (NMR) enerji təminatı planında çətin vəziyyətdə qala bilər, deyə azərbaycanlı ekspertlər qeyd edir.

Hazırda Naxçıvan ərazisinə qaz İrandan çatdırılır. Çatdırılan həcm İrana bu ölkənin sərhədində yerləşən Azərbaycanın Astara şəhərindən qaytarılır.

NMR-ə qazın verilməsinin dayandırılması muxtar respublikanın elektrik enerjisi ilə təminatına, həmçinin keçən ilin sonunda istifadəyə verilmiş modul elektrik stansiyasının işinə və İrandan çatdırılan qazla işləyən qazturbinli elektrik stansiyasının işinə təsir göstərəcək. NMR-in enerji təminatı yalnız özünün iki su elektrik stansiyası və İrandan təbii qazın idxalı hesabına həyata keçirilə bilər. Bununla belə, NMR-ə elektrik enerjisinin böyük hissəsi İrandan verilir.

Azərbaycanın NMR-lə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqədar yalnız hava nəqliyyatı vasitəlsilə birbaşa əlaqəsi var. Bu, MR-ə birbaşa olaraq kifayət qədər yanacaq ötürməyə imkan vermir.

2007-ci ilin fevralında Naxçıvan MR-in enerji sisteminə 79 mln. kVt/saatdan çox elektrik enerjisi daxil olub. 2006-cı ildə bu göstərici 118,08 mln. kVt/saat elektrik enerjisi təşkil edib.

"Araz" SES MR-in enerji sisteminə fevralda 4,4 mln. kVt/saat elektrik enerjisi verib. Naxçıvan qazturbinli stansiyası 10,3 mln. kVt/saat elektrik enerjisi əldə edib. Naxçıvanın modul elektrik stansiyasında fevralda 23,3 mln. kVt/saat elektrik enerjisi əldə olunub.

İrandan Naxçıvana elektrik enerjisinin çatdırılması 38 mln. kVt/saat, Türkiyədən 3 mln. kVt/saat təşkil edib. Orta hesabla sutkada NMR-ə İrandan 50-60 MVt, Türkiyədən 4-5 MVt elektrik enerjisi daxil olur.

Xəbər lenti

Xəbər lenti