...

Azərbaycan neftinin qiyməti: 9-13 aprel həftəsinin yekunları

Energetika Materials 16 Aprel 2007 13:39 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 9-13 aprel həftəsinin yekunları

Azərbaycan,Bakı/müxbir Trend V.Şərifov/9-13 aprel həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $68,29/barr təşkil edib, bu da ötən həftənin orta qiymətinə bərabərdir.

9-13 aprel həftəsində AZERI LT neftinin maksimal qiyməti $69,26/barr, minimal qiyməti isə $67,15/barr təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

9-13 aprel həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $63,21/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,15/barr və ya 0,3 faiz azdır.

9-13 aprel həftəsində URAL neftinin maksimal qiyməti $64,04/barr, minimal qiymət isə $61,94/barr təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

9-13 aprel həftəsindəBrent Dated neftinin orta qiyməti $68,05/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,64/bar rvə ya 1 faiz azdır.

Brent neftinin maksimal qiyməti $69,85/barr, minimal qiymət isə $66,93/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

2007-ci ilin əvvəlindən CIF şərtilə Auqusta limanına çatdırılan AzeriLight neft növünün orta qiyməti $58,68/barr., bu da 2006-cı ilin analoji göstəricisindən $7,12/barr. azdır. 2005-ci ildə Azeri Light CIF Auqusta neft növünün orta qiyməti $55/barr. təşkil edib, bu da 2004-cü ilin analoji göstəricisindən $15/barr. çoxdur.

2007-ci ilin əvvəlindən Azeri LT CIF neft növünün Brent Dated neft növünə olan orta qiyməti 2006-cı ildə $0,25/barr qiymətinə qarşı $0,75/barr. təşkil edib. 2005-ci ildə Azeri LT CIF neft növünün Brent Dated neft növünə qiyməti 2004-cü ildə $0,90/barr. qiymətinə qarşı $0,66/barr. təşkil edib.

Xəbər lenti

Xəbər lenti