...

Azərbaycanda MHŞT üzrə altıncı hesabat mərhələsinə hazırlığa start verilib

Energetika Materials 19 Aprel 2007 21:01 (UTC +04:00)
Azərbaycanda MHŞT üzrə altıncı hesabat mərhələsinə hazırlığa start verilib

Azərbaycan, Bakı/ " / Bu gün Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış tərəflərin - MHŞT üzrə hökumət Komissiyası, Azərbaycanda hasilat sənayesi ilə məşğul olan yerli və xarici şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası - nümayəndələrindən ibarət Seçim Qrupunun iclası keçirilib. Görüşdə Azərbaycanda MHŞT üzrə altıncı hesabat mərhələsinə hazırlığa start verilib.

Seçim Qrupunun üzvləri 2006-cı il üzrə hesabatları təhlil edilərək tutuşdurulması üçün audit şirkətinin seçilməsi məqsədilə keçiriləcək müsabiqədə iştiraka dair Azərbaycanda fəaliyyət göstərən və dünyada tanınmış nüfuzlu beynəlxalq audit şirkətlərinə bildiriş göndərilməsini qərara alıb.

Təşəbbüsün Azərbaycanda həyata keçirilməsinə dair mexanizmə uyğun olaraq seçiləcək audit şirkəti hesabat dövrü üzrə Azərbaycan hökumətinin və ölkədə fəaliyyət göstərən neft və qaz şirkətlərinin hesabatlarını təhlil edərək onlara rəy verəcək.

Hər bir hesabat dövrü üçün yeni tender keçirilir və MHŞT üzrə hökumət Komissiyası, Azərbaycanda hasilat sənayesi ilə məşğul olan yerli və xarici şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası mnümayəndələrinin iştirakı ilə auditor şirkəti təsdiq olunur.

2003, 2004, 2005-ci illərə qədər auditi Deleyotte şirkəti aparıb. 2005-ci ilin birinci yarısı üçün hesabatı Accountants Global Network şirkətlər qrupunun tərkibinə daxil olan AGN Mak Azerbaijan LTD hazırlayıb. 2006-cı ilin birinci dövrü üçün hesabatı da Deloytte

Növbəli xidmət prinsipinə əsasən auditor firmaları 3 dəfə Dövlət Neft Fondu ilə və 2 dəfə EITI iştirakçısı olan şirkətləri ilə hesablaşıblar.

Xəbər lenti

Xəbər lenti