...

BTC Co: "Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə ilk dəfə olaraq sutkada 1 mln. barrel neft ötürülüb"

Energetika Materials 23 Aprel 2007 14:01 (UTC +04:00)
BTC Co: "Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə ilk dəfə olaraq sutkada 1 mln. barrel neft ötürülüb"

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Apreldə Bakı-Tbilsi-Ceyhan boru kəməri vasitəsilə "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən neft ilk dəfə olaraq sutkada 1 mln. barrel həcmində ötürülüb. Bu barədə bazar ertəsi BTC Co boru kəməri şirkətinin biznes-meneceri Devid Volf bildirib.

Onun sözlərinə görə, apreldə orta hesabla BTC boru kəməri vasitəsilə 630 min barrel neft ötürülür.

Hazırda boru kəmərinin ötürücülük qabiliyyətinin 1,2 mln. barrelə çatdırılması üzrə tədqiqatlar aparılır.

"Qazaxıstanın "Kaşaqan" yatağından neftin ötürülməsinin başlanması ilə BTC-nin gücü sutkada 1,4-1,6 mln. barrelədək artırıla bilər" - deyə o bildirilib.

2008-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Qazaxıstanın "Tengiz" yatağından neft ötürüləcək. "Tengiz" yatağının işlənməsi üzrə operator Amerikanın "ChevronTexaco" şirkətinin rəhbərliyi altında "Tengizşevroil" konsorsiumudur.

BTC layihəsində neft keyfiyyət bankı yük göndərənlər arasında neft həcmlərinin qarşılıqlı hesablanması prinsipinə əsasən işləyir.

Xəbər lenti

Xəbər lenti