...

Azərbaycan Dövlət Neft Şirkəti yeni quyunun qazılmasını başa çatdırıb

Energetika Materials 25 Aprel 2007 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan Dövlət Neft Şirkətinin "Qum Adası" Neft-Qaz Çıxarma İdarəsi "Hövsan" yatağında istismara yeni quyu verib. Bu barədə ARDNŞ-dən məlumat veriblər.

Quyu "Qum Adası" Dəniz Qazma İşləri İdarəsi tərəfindən qazılıb, dərinliyi 4300 metrdir.

Quyu qaz-lift (sıxılmış qazla neft çıxarılması) üsulu ilə işləyir, sutka ərzində 50 ton neft (müvafiq olaraq illik 18,3 min ton) və 10 min kubmetr qaz (illik 3,6 mln. kubmetr) verir.

"Hövsan" yatağı 1948-ci ildə istifadəyə verilib. Hazırda fəaliyyət göstərən quyu fondu 17-yə bərabərdir. Yatağın sutkalıq neft vermə qabiliyyəti 280 tondur (illik 102 min ton). 2006-cı ildə isə yataqdan 100 min tondan çox neft (sutkalıq 273 ton) hasil olunub.

Xəbər lenti

Xəbər lenti