...

Sumqayıt BQQ üçün kimyəvi sex hazırlanıb

Energetika Materials 26 Aprel 2007 20:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Sumqayıt elektrik stansiyasında 517 MVt gücündə buxar-qaz qurğusunun inşası çərçivəsində kimyəvi sexin tikintisi və avadanlıqla təchizatı başa çatıb. Bu barədə Azərenerji SC-dən bildirilib.

Hazırda sınaq işləri aparılır. Həmçinin sahilyanı nasos stansiyası və soyutma boru kəməri və 220/110 kilovoltluq yarımstansiyanın tikintisi də başa çatdırılıb.

Sumqayıtdakı buxar-qaz qurğusunun tam tikintisi ilin sonuna kimi başa çatdırılacaq.

Layihənin dəyəri 257 mln. dollar dəyərində qiymətləndirilir. Bu layihənin maliyyələşdirilməsi barədə kredit ayrılması barədə Saziş Bayern LB bank (Almaniya), Societe de General (Fransa) və BNP Paribas (Fransa) ilə imzalanıb. Hər üç bank maliyyəni Libor +0,55 faizlə 15 il (3 il güzəştli) müddətinə ayırır. Bu layihə çərçivəsində həmçinin 107 km uzunluğunda elektrik ötürücü xəttinin çəkilməsi də planlaşdırılır. Həmçinin elektrik stansiyasına qaz verilməsi üçün kəmər də tikiləcək. Onun dəyəri isə 30 mln avro dəyərində qiymətləndirilir.

Azərenerji SC Almaniyanın Siemens şirkəti ilə Sumqayıt elektrik stansiyasında buxar-qaz qurğusunun tikilməsi ilə bağlı saziş imzalayıb.

Xəbər lenti

Xəbər lenti