...

Bakı küçələrindəki 200 saatdan 6-sı işləyir

Energetika Materials 2 May 2007 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /korr.TrendLife Fərid Sadıxov/ Bakının müxtəlif yerlərindəki binaların divarlarında və bəzi qüllələrdə böyük saatların olduğunu hamı görüb. Bu saatların dəqiqliklə işlədiyi vaxtlar çoxdan unudulub. Çünki hazırda onların heç birinin əqrəbləri vaxtı dəqiq göstərmir.

Qeyd edək ki, paytaxtdakı böyük saatlar "Bakıelektrikşəbəkə" müəssisəsinin elektrik saat sistemlərinə nəzarət şöbəsinin balansındadır. Adı çəkilən idarədən əldə etdiymiz məlumata görə, sovet dövründə Bakıda 200 işlək saat olub. O vaxtlar həmin saatlara Bakı şəhər soveti ilə müqavilə bağlayan rayon mənzil-kommunal təsərrüfat idarələri nəzarət edirmiş. Ancaq 1993-cü ildən sonra belə müqavilələr bağlanmadığından saatlar da nəzarətsiz qalıb. Nəticədə onlardan bəziləri sıradan çıxıb, bəziləri oğurlanıb. "Hazırda Bakıda 6 böyük küçə saatı işləyir"-deyə TrendLife-a "Bakıelektrikşəbəkə"nin elektrik saat sistemlərinə nəzarət şöbəsinin müdiri Rauf Həsənov bildirib. Onun sözlərinə görə, həmin saatların düz işləməsinə ciddi nəzarət edirlər. Lakin şöbə müdiri bu saatların yeri barədə sualımızı cavablandırmayıb.

Xəbər lenti

Xəbər lenti