...

"Azərenerji" "Şimal" elektrik stansiyasında ikinci BBQ-nin quraşdırılması üçün təkrar tender keçirmək niyyətindədir

Energetika Materials 8 May 2007 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ "Azərenerji" SC "Şimal" elektrik stansiyasında ikinci buxar-qaz qurğusunun (BQQ) tikilməsi üçün təkrar tender keçirmək niyyətindədir. Bu barədə cümə axşamı SC-dən məlumat verilib.

Bunun üçün bu layihəyə kredit ayıracaq Yaponiyanın JBIC bankının icazəsini almaq lazımdır. "Azərenerji"dən bildiriblər ki, əvvəlki tenderin nəticələri təkliflər uyğun gəlmədiyinə görə ləğv olunub.

Tikinti işləri bu ilin üçüncü rübündə başlamalı idi, lakin təkrar tender keçirilməsi ilə əlaqədar olaraq təxirə salınıb.

Layihənin qiymətləndirilməsi TEPSCO (Yaponiya) - Enprima (Finlandiya) konsaltinq şirkətləri alyansı ilə birgə aparılıb. Bu şirkətlərə Azərbaycanın "Qlobus" şirkəti yardım edir.

Tenderdə iki şirkət - bu stansiyada birinci buxar-qaz qurğusunun tikintisini həyata keçirmiş Yaponiyanın Mitsui şirkəti və Çinin CNEEC şirkəti iştirak edib. Üçüncü olan Koreyanın "Bumjin Corporation" şirkəti isə lazımi sənədləri vaxtında təqdim etməyib.

"Azərenerji" tenderi "Şimal" elektrik stansiyasında 400 MVt gücündə buxar-qaz qurğusunun, 220 kV gücündə dörd EÖX-nin və 220/110 kV-lıq yarımstansiyanın layihələndirilməsi, təminatı, tikinti və montajı, sınağı, buraxılışı və istismara təhvil verilməsi üzrə elan edib. Layihənin həyata keçirilmə müddəti 27 aydır.

Yaponiyanın JBIC bankı stansiyada 400 MVt gücündə ikinci buxar-qaz blokunun tikilməsinə 29,28 mlrd. məbləğində güzəştli kredit ayıracaq. Bu vəsaitlər illik 0,75%-lə 40 il müddətinə ayrılır. Bunun 10 ili güzəştlidir. Stansiyada 400 MVt gücündə bir buxar-qaz qurğusu var. Bu qurğunun quraşdırılmasını Yaponiyanın Mitsui/Mitsubishi şirkəti həyata keçirib.

Xəbər lenti

Xəbər lenti