...

Azərbaycan bazarında neft məhsulları satışında artım qeyd olunur

Energetika Materials 16 May 2007 12:58 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Yanvar-apreldə Azərbaycanın daxili bazarına 1,5 mln. ton neft məhsulu göndərilib, bu da keçən ilin analoji dövründən 17 faiz çoxdur. Bu barədə çərşənbə günü ölkənin Dövlət Statistika Komitəsindən məlumat verilib.

Neft məhsullarının ümumi həcminin 219,5 min tonu avtomobil benzininin payına düşüb, bu da 2006-cı ilin analoji dövründən 13,6 faiz çoxdur. Azərbaycanın daxili bazarında A-92 markalı 1 ton avtomobil benzininin topdan satış qiyməti (təchizat xərcləri və ƏDV ilə birgə) 670 AZN, A-95 markası isə - 736 AZN təşkil edir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-apreldə Azərbaycanın "Azpetrol" şirkəti realizə üçün 118,09 min ton, "LUKoil" şirkəti isə 41,04 min ton avtomobil benzini ələ edib. Yanvar-apreldə daxili bazarda 202,1 min ton dizel yanacağı satılıb, bu da 2006-cı ilin yanvar-aprelindən 4,2 faiz azdır.

Azərbaycanın daxili bazarında 1 ton dizel yanacağının topdan satış qiyməti (təchizat xərcləri və ƏDV ilə birgə) 485 AZN təşkil edir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, "Azpetrol" şirkəti 77,4 min ton, "LUKoil" şirkəti isə 19,19 min ton dizel yanacağı əldə edib. Xəzər dəniz gəmiçiliyi 5,9 min ton dizel yanacağı əldə edib.

Daxili bazarda ən çox yanacaq mazutu realizə olunub. Yanvar-apreldə bu tünd neft məhsulunun 925,6 min tonu satılıb, bu da 2006-cı ilin analoji dövründən 36,4 faiz çoxdur.

Azərbaycanın daxili bazarında 1 ton M-40 mazutunun topdan satış qiyməti (təchizat xərcləri və ƏDV ilə birgə) 100 AZN təşkil edir.

Yanvar-apreldə daxili bazarda 29,4 min ton neft bitumu satılıb, bu da 2006-cı ilin analoji dövründən 34,9 faiz çoxdur.

Azərbaycanın daxili bazarında 1 ton BN60/90 bitumunun topdan satış qiyməti (təchizat xərcləri və ƏDV ilə birgə) 160 AZN təşkil edir.

Xəbər lenti

Xəbər lenti