...

"Bafa" FA: "Almaniya Azərbaycandan aldığı neftin həcmini artırıb"

Energetika Materials 18 May 2007 13:09 (UTC +04:00)
"Bafa" FA: "Almaniya Azərbaycandan aldığı neftin həcmini artırıb"

Azərbaycan,Bakı/ Trend /2006-cı ilin martından 2007-ci ilin martınadək 12 ay ərzində Almaniya ümumilikdə 2 mln. ton Azərbaycan nefti alıb. Almaniyanın "Bafa" Federal Agentliyinə (FA) istinadən "Energy Intelligence Group"un məlumatına əsasən, bu dövr ərzində Almaniya sutkada 40,48 min barr. Azərbaycan nefti idxal edib. Bu dövr ərzində xammalın alınması 9 faiz artıb.

"Bafa" FA qeyd edir ki, Azərbaycan neftinin hesabına Almaniyada xammala olan iki faizlik tələbat təmin olunur.

Bu dövr ərzində həmçinin Almaniya 734,36 min barr. Qazaxıstan nefti və 152,46 min barr. Rusiya nefti alıb. 12 ay ərzində Almaniyanın ümumi idxalı 2007-ci ilin martınadək $64,55/barr, orta qiymətlə 2,2 mln. barr. neft təşkil edib.

Yanvar-aprel aylarında Azərbaycanda 13,727 mln. ton neft hasil olunub, bu da 2006-cı ilin analoji dövründən 47,1 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti