...

Azərbaycanın büdcə təşkilatları qaz və su istehlakını azaldıblar

Energetika Materials 22 May 2007 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Azərbaycanın dövlət büdcəsindən maliyyələşən müəssisə, idarə və təşkilatları 2007-ci ilin birinci rübündə 211,7 mln. kVt/saat elektrik enerjisi, 44,7 min. Qkal istilik enerjisi, 30,4 mln. kubmetr qaz, 6 mln. kubmetr su istifadə edib və 1,4 milyon manatlıq rabitə xidmətlərindən yararlanıb. Bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir.

Ötən illə müqayisədə elektrik enerjisinin sərfiyyatı 23,3 faiz, istilik - 32,6 faiz, rabitə xidmətləri 27,3 faiz artıb. Qaz və suyun istifadəsi isə müvafiq olaraq 16,5 və 6,2 faiz azalıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə sərf olunan elektrik enerjisi, istilik, qaz, su və rabitə xidmətlərinin ümumi dəyəri 2,1 dəfə artaraq 21,3 mln. manat təşkil edib.

2007-ci ilin birinci rübündə büdcə təşkilatları sərf etdiklərinin 66 faizini ödəyiblər, bu isə 7,2 mln. manatlıq borcdan xəbər verir.

Ödəmələrin ümumi həcmindən 4,1 mln. manat elektrik enerjisi (maya dəyərindən 48,7 faiz), 1,7 mln. manat - qaz (57,9 faiz), 895 min manat - su (24,9 faiz), 141,3 min manat isə rabitə xidmətlərinin (10,3 faiz) payına düşüb.

Xəbər lenti

Xəbər lenti