...

"BP" "Şahdəniz"də quyuların istismara verilməsi qrafikini dəyişib

Energetika Materials 24 May 2007 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ "Şahdəniz" yatağının texniki operatoru olan "bp" şirkəti quyuların istismara verilməsi qrafikinə dəyişikliklər edib. Bu barədə cümə axşamı Nazirlər Kabinetindən məlumat veriblər.

Hazırda şirkət yataqdakı birinci quyuda işlər aparır. Bu quyudakı işlər texniki problemlər ucbatından dayandırılmışdı. Şirkət müvafiq işləri ilin sonunadək bərpa etməyi planlaşdırır. "Yataqdan qaz itkisinin qarşısını almaq üçün şirkət üçüncü dəfə məhlul tökmək niyyətindədir" - deyə hökumətdən qeyd ediblər.

Yataqdakı növbəti quyu mayın sonu-iyunun əvvəlində istismara verilə bilər.

Ümumilikdə qabaqlayıcı qazma proqramı çərçivəsində yataqda dörd quyu qazılıb. Dekabrın 15-də birinci quyu istismara verilsə də, qaz itkisindən sonra burada işlər dayandırılıb. Problemi xüsusi məhlulun istifadəsi ilə həll etmək cəhdləri nəticə vermədiyindən onun həlli təxirə salınıb.

Hazırda yataqda ikinci quyu fəaliyyət göstərir. Bu quyu qabaqlayıcı qazma proqramı çərçivəsində qazılmışdı. Quyunun sutkalıq debiti 5,1 mln. kubmetr qaz və 12 min barel kondensata bərabərdir.

"Mərhələ-1" layihəsi çərçivəsində plato mərhələsində ildə 8,6 mlrd. kubmetr qaz hasil olunacaq. 2007-ci ildə "Şahdəniz"də 2,8 mlrd. kubmetr qaz hasil ediləcək.

Xəbər lenti

Xəbər lenti