Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev, V.Şərifov/ Növbəti 25 il ərzində dünyada enerji istehlakı 60 faiz artacaq. Bu barədə ABŞ Energetika Nazirliyinin tərkibində müstəqil agentlik - Energetika İnformasiya Administrasiyasının hazırladığı "İllik energetika hesabatı-2007"də bildirilib.
Bu, əsasən Asiya ölkələri, ilk növbədə Çin və Hindistan bazarlarındakı artım hesabına baş verəcək. Neftə olan qiymətin 2030-cu ildə barrelə görə 60 dollara çatacağı güman edilir. Bu ölkələrdə istehlakın artımı Xəzər regionu ölkələrinin enerji resursları tədarükçülərinə müraciət etmək üçün həmin ölkələrin fəal arzusuna gətirb çıxarır.
Azərbaycan və Qazaxıstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin açılışı yeni investisiyalar üçün stimul olub.
"2010-cu ilə qədər iki ölkədə neft hasilatı 1 milyon barreldən çox olacaq" - deyə hesabatda bildirilib.
Azərbaycanda neftin hasilatı həmçinin neftə olan yüksək qiymətlərlə əlaqədar layihələrin iqtisadi cəlb ediciliyi hesabına artırılacaq. Ölkədə neft hasilatının 2010-cu ildə kəskin olaraq 1,2 mln. barrelədək artacağı gözlənilir.
Qazaxıstanın BTC-yə qoşulması ölkəyə karbohidrogenlərin ixracına olan dəyəri aşağı salmağa imkan verəcək. Qazaxıstan hökuməti 2015-ci ildə neft hasilatının 3,5 mln. barrelə çatdırılması barədə vəzifələri elan edib.