...

Azərbaycan neftinin qiymətləri: 28 may-1 iyun həftəsinin yekunları

Energetika Materials 4 İyun 2007 12:36 (UTC +04:00)
Azərbaycan neftinin qiymətləri: 28 may-1 iyun həftəsinin yekunları

28 may tarixindən 1 iyun tarixinə qədər olan həftə ərzində Azərbaycanın hazırda Gürcüstanın Batumi və Türkiyənin Ceyhan limanı vasitəsilə ixrac etdiyi AZERLİT (CİF) NEFTİNİN qiyməti $68,74barr. təşkil edib və bu, ötən həftənin orta qiymətindən 42% çoxdur.

28 may tarixindən 1 iyun tarixinə qədər olan həftə ərzində AZERLİT neftinin maksimal qiyməti $68,74/barr. , minimal qiyməti isə $68,03/barr. təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

28 may tarixindən 1 iyun tarixinə qədər olan həftə ərzində Azərbaycanın Novorossiysk limanına çatdırdığı URAL (EX- NOVO) neftinin orta qiyməti $63,60/barr. təşkil edib ki, bu, ötən həftənin qiymətlərindən $2,94/barr. və ya 4,5% azdır.

28 may tarixindən 1 iyun tarixinə qədər olan həftə ərzində URAL neftinin maksimal qiyməti $64,64/barr., minimal qiyməti isə $62,91/barr. təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir, halbuki satış zamanı neftin xüsusiyyəti onun tərkibində olan neftin keyfiyyətindən asılı olaraq dəyişir.

28 may tarixindən 1 iyun tarixinə qədər olan həftə ərzində Brent Dated neftinin qiyməti $68,46/barr. təşkil edib, bu isə ötən həftənin orta qiymətdən $2,33/barr. və ya 3,3% azdır. Keçən həftə Brent Dated neftinin maksimal qiyməti $69,13/barr., minimal qiyməti isə $67,69/barr. təşkil edib. Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

.

.

Xəbər lenti

Xəbər lenti