...

Azərbaycan Gürcüstanda özünə terminal tikmək üçün böyük kredit alıb

Energetika Materials 5 İyun 2007 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan bu il Gürcüstanın Qara dəniz sahilindəki Kulevi limanında özünə iri neft terminalı tikmək üçün böyük sindikatlaşdırılımış kredit alıb. Çərşənbə axşamı Azərbaycan Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, kreditin ümumi həcmi 305 mln. dollar təşkil edib.

İlin əvvəlində 265 mln. dollar kredit alınmışdı, bir müddət əvvəl isə əlavə 40 mln dollar alınıb. 15 xarici bankdan ibarət kredit sindkatına Societe Generale rəhbərlik edir. Neftin hazırkı qiymətinin yüksək olması nəzərə alınaraq kreditlərin 2009-cu ilə qədər qaytarılması təklif olunur.

Qasımovun sözlərinə görə, kredit "Azəri-Çıraq-Günəşli" yatağının işlənilməsi layhəsində Azərbaycanı təmsil edən AzACG Ltd. tərəfindən götürülüb. AzACG Ltd 0,85 faiz dərəcəsi ilə illik kredit alaraq daha sonra bu vəsaitləri Kulevidə terminal tikintisi üçün yaradılmş "Karolina" konsorsiumuna daha yuxarı faizlə kreditə verib. "Karolina" şirkətinin əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkətidir və səhmlərin 51 faizinə sahibdir. AzACG Ltd. krediti "Karolina" şirkətinə illik 2,5 faiz dərəcəsi ilə verib.

Kulevidəki terminalın tikintisi yayda başa çatacaq. Hazırda terminalın gücü 10 mln. ton təşkil edir (2 mln. ton xam neft, 3 mln. ton dizel yanacağı. 4 mln. ton mazut). Terminalın rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir. Teminalın gücünün 15-20 mln. tona, rezervuar parkının isə 380 min kubmetrə qədər artırılması planlaşdırılır. 4 dəmiryol xətti ilə terminala 168 sistern gətirmək mümkündür. Kanalın və 3 yanalma körpüsünün tikintisi başa çatdırılıb.

Xəbər lenti

Xəbər lenti