...

Amerika şirkəti Azərbaycanda yeni neft terminalının tikintisi üzrə biznes-plan hazırlayıb

Energetika Materials 6 İyun 2007 19:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Amerikanın Nexand şirkəti Azərbaycanın Qaradağ rayonunda yeni neft terminalının tikintisi layihəsi üzrə genişləndirilmiş, dəqiqləşdirilmiş biznes-planın hazırlanmasını başa çatdırıb. Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Riad Qasımov bildirib.

Onun sözlərinə görə, biznes-planın təhlili yaxın 10 gün ərzində aparılacaq.

Terminalın anbarının həcmi 600 min kubmetrə qədər genişləndirilmək imkanı ilə ilkin mərhələdə 200 min kubmetr təşkil edəcək. Dəmir yolu ilə illik yükləmə 25 mln. ton, yükboşaltma isə illik 50 mln. ton gücündə olacaq. Terminalın Bakı-Tiflis-Ceyhan kəməri ilə birləşməsi olacaq. Terminal BTC-yə ildə 30 mln. ton neft nəql etmək gücündə olacaq.

Terminal Səngəçalda BP-nin hazırda fəaliyyət göstərən terminalından 4 km məsafədə yerləşəcək.

Xəbər lenti

Xəbər lenti