...

Azərbaycanda dizel yanacağı və kerosinin reallaşdırılması həcmi aşağı düşüb

Energetika Materials 9 İyun 2007 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend /2007-ci ilin mayında respublikanın daxili bazarında Azərbaycanın Dövlət Neft Şirkəti (ADNŞ) tərəfindən 17,782 min ton benzin (apreldə 17,107 min ton), 28,385 min ton dizel yanacağı (apreldə 25,553 min ton), 730 ton kerosin (apreldə 1,354 min ton) və 9,273 min ton mazut (apreldə 7,108 min ton) reallaşdırılıb. Bu barədə ADNŞ-dən məlumat verilib.

Benzin, kerosin, dizel yanacağı və mazutun daha çox həcmi Bakıda reallaşdırılıb: benzin - 8,580 min ton, kerosin - 355 ton, dizel yanacağı-16,033 min ton, mazut-5,089 min ton.

Benzin və dizel yanacağının daha az həcmi Ağcabədi və Horadiz (Beyləqan) bazasında reallaşdırılıb - müvafiq olaraq 5 və 54 ton. Yevlax, Tovuz, Salyan, Ağdam və Daşburunda kerosin istehsalı 0 min ton təşkil edib. 2007-ci ilin mayında bir neçə rayonlarda mazut həmçinin satılmayıb.

2006-cı ildə daxili bazarda 181,581 min ton benzin, 325,655 min ton dizel yanacağı, 32,821 min ton kerosin və 109,347 min ton mazut reallaşdırılıb.

Azərbaycanın daxili bazarında neft məhsullarının satış cədvəli:

Neftbazanın adı Avtobenzin Dizel yanacağı Kerosin Mazut
May 2007-ci il May 2007-ci il May 2007-ci il May 2007-ci il
Ağcabədi 5 612 113 606 4 578 0 0
Ağdam 279 945 317 788 0 1 320 0 0
Ağstafa 169 957 241 1 050 19 90 0 0
Bakı 8 570 38 467 16 033 73 186 355 844 5 089 16 847
Bərdə 220 892 210 792 43 991 0 0
Daşburun (Beyləqən) 312 982 144 521 0 395 118 679
Əli Bayramlı 272 915 618 2 638 51 133 158 288
Gəncə 992 4 572 179 1 485 0 426 266 889
Goranboy 593 2 738 464 1 866 67 466 0 0
Horadiz(Beyləqan) 44 156 54 76 0 1 372 0 0
İmişli 155 579 301 1 062 10 627 299 859
Kürdəmir 141 799 580 2 509 0 152 118 423
Ləki (Ağdaş) 550 2 166 414 1 500 7 142 286 1 188
Lənkəran 664 2 687 299 1 181 0 419 806 3 375
Neft məhsullarının qəbulu və göndərilməsi bazaları 102 2 764 3 008 17 354 0 0 837 2 873
Novoqolovka (Cəlilabad) 684 1 718 323 1 050 50 434 105 557
Qazax 213 1 237 507 2 798 4 125 0 0
Sabirabad 372 1 277 833 2 685 33 588 134 416
Salyan 96 485 469 1 208 0 185 0 0
Şəki 471 1 831 433 1 395 3 210 126 648
Şəmkir 1 032 3 859 329 1 234 21 179 260 1 050
Tovuz 341 1 098 168 469 0 1 0 0
Ucar 483 2 256 658 2 494 28 197 221 1 352
Xaçmaz 327 1 279 506 2 151 4 45 276 1 314
Yevlax 270 1 041 483 1 834 0 607 109 386
Zaqatala 423 2 058 703 2 238 33 95 66 309
Ümumi 17 782 78 369 28 385 126 171 730 10 622 9 273 33 452
Xəbər lenti

Xəbər lenti