...

İlham Əliyev: "Odessa-Brodı neft kəmərini təmin etmək üçün Azərbaycanın kifayət qədər resursları var"

Energetika Materials 19 İyun 2007 15:05 (UTC +04:00)
İlham Əliyev: "Odessa-Brodı neft kəmərini təmin etmək üçün Azərbaycanın kifayət qədər resursları var"

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Odessa-Brodı neft kəmərini təmin etmək üçün Azərbaycanın kifayət qədər resursları var. Bunu çərşənbə axşamı Bakıda GUAM sammitinin yekunlarına dair brifinqdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

O qeyd edib ki, artıq bununla bağlı siyasi anlaşma mövcuddur və GUAM-ın növbəti sammitinədək işçi qruplar tərəfindən konkret tövsiyələr gözlənilir.

Qazaxıstanın bu işdə iştirakı ilə bağlı sualı cavablandıran prezident Əliyev bildirib ki, Azərbaycan Xəzərin şərq sahilindəki dostlarının bu layihəyə qoşulması üçün öz infrastrukturunu təqdim edə bilər.

Xəbər lenti

Xəbər lenti