...

Azərbaycan elektrik enerjisi istehsalını azaldıb

Energetika Materials 22 İyun 2007 19:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Yanvar-may aylarında Azərbaycanda 17 mln. 453,3 min ton xam neft istehsal olunub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, 2006-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 46,2 faiz çoxdur. Neft-qaz hasilatının əsas hissəsi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) payına düşür, ABƏŞ 13,8 mln. ton neft və 1 mlrd. 5870 mln. kubmetr qaz hasil edib. ABƏŞ bütün respublikada hasil olunmuş neftin 79,2 faizini, qazın isə 43,4 faizini hasil edib.

2007-ci ilin yanvar-may aylarında qaz hasilatı 3 mlrd. 640 mln. kubmetr olub. Bu, 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 27,7 faiz çoxdur.

Yanvar-may aylarında 9 mlrd. 494 mln. kVt/saat elektrik enerjisi istehsal olunub. Bu göstərici ötən ildən 9 faiz azdır.

Xəbər lenti

Xəbər lenti