...

Baş menecer: "Botas" Yunanıstanla qaz kəmərinin quruda olan hissəsinin çəkilişi üzrə işləri başa çatdırıb"

Energetika Materials 3 Avqust 2007 16:10 (UTC +04:00)
Baş menecer: "Botas" Yunanıstanla qaz kəmərinin quruda olan hissəsinin çəkilişi üzrə işləri başa çatdırıb"

Azərbaycan, Bakı / Trend / Türkiyənin "Botas" şirkəti Yunanıstana qaz nəql olunacaq kəmərin quruda və dənizkənarı hissədə olan hissəsinin çəkilişi ilə bağlı işləri başa çatdırıb. Bu barədə Trend a cümə günü "Botas" şirkətinin Direktorlar Şurasının sədri və baş meneceri Hüseyn Saltuk Düzyol məlumat verib.

Onun sözlərinə görə, plana əsasən avqustun 6-8-də Miriç çayında kəmərin tikintisi başa çatdırılacaq.

Hazırda qaz kəmərinin Yunanıstan hissəsinin tikinti işləri qalır ki, buna da Yunanıstanın "DEPA" şirkəti cavabdehdir.

"Bütün işlər başa çatdırıldıqdan sonara qazın tədarükünə başlama tarixi müəyyən olunacaq" - deyə o söyləyib.

Türkiyə-Yunanıstan-İtaliya marşrutu üzrə qaz nəqli layihəsinin tərkib hissəsi kimi Yunanıstan-Türkiyə kəmərinin çəkilməsi işləri Ankara və Afina arasında imzalanmış razılaşma əsasında həyata keçirilir.

İtaliya, Türkiyə və Yunanıstan 2011-ci ildən qazın Mərkəzi Asiyadan Avropaya ixracı üçün qaz kəmərinin çəkilməsi barədə razılaşma imzalayıblar. Kəmərin Türkiyə-Yunanıstan hissəsinin 2007-ci il sentyabr ayının sonundan, İtaliya-Yunanıstan hissəsinin isə 2008-ci ildən fəaliyyətə başlaması planlaşdırılıb.

Kəmərin Yunanıstan və İtaliya arasındakı 212 km-lik hissəsi suyun altında olacaq. Sistemlə ildə Yunanıstana 11,5 mlrd. kubmetr qaz ixrac olunacaq ki, bunun da böyük hissəsi yenidən ixracın payına düşəcək.

Xəbər lenti

Xəbər lenti