...

ARDNŞ Novorossiyskdən neftinin satışı ilə bağlı tender elan edib

Energetika Materials 23 Avqust 2007 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) sentyabrda Novorossiysk limanından öz neftinin satışına dair tender elan edib. Bu barədə cümə axşamı ARDNŞ-in marketinq və iqtisadi əməliyyatlar İdarəsindən verilən məlumatda deyilir. Partiyanın həcmi 605 min barelə (82 min ton) bərabərdir.

Partiyanın yüklənib-daşınması sentyabrın 28-29-da Novorossiysk terminalının N2 sahəsindən gerçəkləşdiriləcək. Tenderin nəticələri avqustun 29-da elan olunacaq.

Yanvar-iyun aylarında ARDNŞ Bakı-Novorossiysk kəməri ilə 497 min ton neft ixrac edib.

ARDNŞ neftini 2007-ci ildə Novorossiyskdən bu şirkətlər alıb:

Glencore Energy UK Ltd - fevral (450 min barel);

REOC Ltd - mart (450 min barel);

Glencore Energy UK Ltd - aprel (450 min barel);

Sunoil SA - may (450 min barel);

Oil Refineries LTD - iyun (1,2 mln. barel);

Oil Refineries LTD - iyul (1,2 min barel);

Glencore - avqust - (1,2 mln. barel).

Xəbər lenti

Xəbər lenti