...

Azərbaycanın Sədərək rayonu payız-qış mövsümünə hazırdır

Energetika Materials 25 Avqust 2007 12:08 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend , müxbir E.Məmmədov/ Azərbaycanın Sədərək rayonu 2007-08-ci illərin payız-qış mövsümünə hazırdır. Bu barədə Sədərək rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə bildirib.

Onun sözlərinə görə, Ermənistanla sərhəddə yerləşən rayonun qış aylarında enerji tələbatı 0,5 meqavatdır, elektrik ötürmə xətlərinin texniki imkanları isə 1 meqavat gücündədir.

Rayon rəhbəri bildirib ki, Sədərək rayonuna bu il indiyədək dəyəri 1710,5 min manat olan 28,5 mln. kVt/saat elektrik enerjisi verilib, enerji haqlarından isə 766,9 min manat vəsait toplanıb.

Müşavirədə həmçinin Sədərək rayonunun qazla təminatına da toxunulub. Rayonda 5957 abonentə qaz xəttinin çəkilişi başa çatdırılıb ki, onlardan da 4106 abonent  hazırda qazdan istifadə edir. Bu, rayonun 98 faizinin qazla təmin olunması deməkdir. Sentyabrın sonunadək rayon əhalisinin hamısı qazdan istifadə edə biləcək.

Xəbər lenti

Xəbər lenti