...

Qazaxıstanın sabiq energetika naziri Qərbi Qazaxıstan vilayəti administrasiyasının rəhbəri təyin olunub

Energetika Materials 28 Avqust 2007 15:08 (UTC +04:00)

Qazaxıstan, Astana / Trend , müxbir K.Arınova / Qazaxıstan prezidenti Nursultan Nazarbayev Baktıkoja İzmuxambetovun Qərbi Qazaxıstan vilayətinin akimi (administrasiya rəhbəri) təyin edilməsinə dair fərman imzalayıb. Bu barədə bu gün Qazaxıstan baş naziri Karim Məsimov Uralskda keçirilən vilayət məclisinin sessiyasında məlumat verib.

58 yaşlı İzmuxambetov bu vaxtadək Qazaxıstanın energetika və mineral resurslar naziri vəzifəsində çalışıb. Ötən bazar ertəsi o, dövlət başçısının fərmanı ilə bu vəzifədən azad edilib.

Bu vaxtadək Qərbi Qazaxıstan vilayəti administrasiyasının rəhbəri vəzifəsində 47 yaşlı Nurqali Aşimov çalışırdı.

Xəbər lenti

Xəbər lenti