Bakı. Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev - Trend:
2020-ci ildə Azərbaycan Beynəlxalq Bankının (ABB) xalis mənfəəti 2019-cu illə müqayisədə 2,3 dəfə azalıb.
Trend bu barədə bankın maliyyə hesabatına istinadən məlumat verir.
Qeyd olunur ki, ötən il bankın xalis mənfəəti 129,4 milyon manat təşkil edib.
Hesabat dövründə ABB-nin faiz gəliri 406,2 milyon manat, qeyri-faiz gəliri 125,4 milyon manat təşkil edib və 2019-cu illə müqayisədə müvafiq olaraq 8,1 və 12,6 faiz azalıb.
Eyni zamanda bankın faiz xərclər 104,275 milyon manat, qeyri-faiz xərcləri 224,15 milyon manat təşkil edib və müvafiq olaraq 6,2 faiz və 35,3 faiz artıb.
ABB-nin vergiyə qədərki mənfəəti 182,8 milyon təşkil edərək 2019-cu illə müqayisədə 2,05 dəfə artıb.