...

Ani ödənişlər sistemində QR kodla ödəmə funksionallığı işə salınıb (ƏLAVƏ OLUNUB)

Maliyyə Materials 27 Yanvar 2021 11:14 (UTC +04:00)
Ani ödənişlər sistemində QR kodla ödəmə funksionallığı işə salınıb (ƏLAVƏ OLUNUB)

Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:

Ani ödənişlər sistemində QR kodla ödəmə funksionallığı işə salınıb. Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Qeyd olunub ki, ölkə başçısının 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən yaradılan Ani ödəniş sistemi 2020-ci ilin 1 oktyabr tarixindən real rejimdə istifadəyə verilib.

Layihənin cari mərhələsində sistemin “AniPay” mobil tətbiqi işə salınıb. Tətbiq vasitəsilə fiziki şəxslər öz bank hesablarından köçürmələri, “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş dövlət orqanları, kommunal təşkilatlar, rabitə operatorları və digər kütləvi xidmət müəssisələri üzrə ödənişləri, həmçinin fiziki şəxslər arasında vəsaitin sorğulanması və aparılmış köçürmənin geri qaytarılması əməliyyatlarını həyata keçirə bilərlər.

Qeyd edək ki, hazırda Ani ödəniş sisteminə 18 bank, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” MMC inteqrasiya olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti