...

Azər Türk Bank kredit faizlərini bir daha endirdi

Maliyyə Materials 1 Sentyabr 2021 11:29 (UTC +04:00)
Azər Türk Bank kredit faizlərini bir daha endirdi

Bakı. Trend:

Daim müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə başladığı kampaniyanı yeni, daha sərfəli şərtlərlə davam etdirir.

Belə ki, kampaniya ərzində 3 aydan 12 ay müddətinədək rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsi 14% olacaqdır.

Həmçinin, 13 aydan 24 ayadək olan istehlak kreditlərinin faiz dərəcəsi 15%-ə endirilmişdir.

Qeyd edək ki, 24 ayadək verilən kreditlər üzrə komissiya nəzərdə tutulmamışdır.

Bundan əlavə, Bank müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, təminatsız verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.

Kampaniyanın müddəti 30 sentyabr 2021-ci il tarixinədəkdir.

Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.

Ətraflı məlumatı https://atb.az/ saytından, Azər Türk Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti