...

Azərbaycanın strateji valyuta ehtiyatları illik ÜDM-in 100 faizini üstələyir

Maliyyə Materials 11 Noyabr 2021 11:32 (UTC +04:00)
Azərbaycanın strateji valyuta ehtiyatları illik ÜDM-in 100 faizini üstələyir

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanın strateji valyuta ehtiyatları illik ümumi daxili məhsulun 100 faizini üstələyir.

Trend bu barədə Mərkəzi Bankın pul siyasəti barədə hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki 2021-ci ilin yanvar-sentyabr aylarında ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələməkdə davam edib.

"2021-ci ilin 9 ayının sonuna strateji valyuta ehtiyatları 41 aylıq mal və xidmət idxalına kifayət edib. Strateji ehtiyatlar manatla pul kütləsini 4 dəfə üstələyib" - deyə hesabatda bildirilib.

Qeyd olunur ki, hesabat dövründə ölkədə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala investisiya axınları davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2021-ci ilin 9 ayında 3,3 milyard manat ekvivalentində olub ki, bu da əsas kapitala yönəldilmiş ümumi investisiyaların 34, faizini təşkil edir.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin çox hissəsi Böyük Britaniya, Türkiyə, İsveçrə, ABŞ, Yaponiya, Malaziya, Fransa, Norveç, Hindistan və İran investorlarına məxsus olub.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti