...

Nağdsız əməliyyatların həcmi bir ildə 83 faiz artıb

Maliyyə 24 Yanvar 2022 14:55
Nağdsız əməliyyatların həcmi bir ildə 83 faiz artıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 12 ayı ilə müqayisədə 83% artıb.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, dekabr ayında bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki aya nəzərən 182 min ədəd artaraq 11 milyon 40 min ədəd təşkil edib.

"Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19.6% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 19%, kredit kartları üzrə 28% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 90 min, kredit kartları 302 min, digər kartlar isə 1.4 mln. ədəd artmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 12 ayı ilə müqayisədə 83% artmışdır. 2021-ci ilin 12 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 11172 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7208 mln.manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 3927 mln. manatı POS-terminallar, 37 mln. manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilmişdir. Dekabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34.6%-ni təşkil etmişdir", - məlumatda deyilir.

Qeyd edilir ki, bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin dekabr ayının sonu ilə müqayisədə bankomatların sayı 7.1%, POSterminalların sayı 6.7% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti