Bakı. Trend:
“Unibank KB” ASC-nin rəhbərliyinin qərarına əsasən, Mikayıl Məmmədov Pərakəndə biznes üzrə Baş inzibatçı vəzifəsinə təyin edilib.
“Unibank KB”-dən Trend-ə verilən məlumata görə, o, bu təyinatadək Bankda Satış və Xidmət Departamentinin direktoru vəzifəsində çalışıb. Mikayıl Məmmədov 2008-ci ildən Unibank komandasının üzvüdür.