Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Astana Beynəlxalq Maliyyə Mərkəzinin sədri Kayrat Kelimbetov ilə görüşüb.
Trend-in məlumatına görə, bu barədə Taleh Kazımov "Twitter" səhifəsində yazıb.
"Bu gün Astana Beynəlxalq Maliyyə Mərkəzinin sədri
K.Kelimbetov
ilə görüşdə Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Astana
Beynəlxalq Maliyyə Mərkəzi arasında gələcək əməkdaşlıq imkanlarını
müzakirə etdik", - paylaşımda deyilir.