...

İpoteka kreditlərinə tələb artacaq

Maliyyə Materials 19 İyun 2023 11:27 (UTC +04:00)
İpoteka kreditlərinə tələb artacaq

Bakı. Trend:

Banklar 2023-cü ilin II rübündə həm biznes, həm istehlak, həm də ipoteka kreditləri üzrə tələbin artacağını gözləyirlər.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, 2023-cü ilin I rübünün kreditləşmə fəaliyyətinə dair sorğu nəticələrinə əsasən bankların kreditləşmə siyasətində yumşalma davam edib.

Bununla belə, ötən rüblərlə müqayisədə həm biznes, həm də istehlak portfelləri üzrə yumşalma tendensiyasında səngimə meylləri nəzərə çarpıb.

"Son rübdə banklar biznes kreditləri üzrə qısamüddətli və milli valyutada verilən kredit şərtlərində yumşaltmanı azaltmış, o cümlədən, xarici valyutda verilən kredit şərtlərində isə daha da sərtləşməyə getmişlər. Banklar 2023-cü ilin II rübündə biznes və istehlak portfelləri üzrə kredit standartlarında yumşalma tendensiyasında səngimənin davam edəcəyi qənaətindədirlər. Cari ilin ilk rübündə biznes və istehlak kreditlərinə tələb artımında da səngimə meylləri nəzərə çarpmışdır. Bunun əksinə, İKZF hesabına verilən ipoteka portfeli üzrə tələbin artımı müşahidə edilmişdir. Sorğuya əsasən banklar 2023-cü ilin II rübündə həm biznes, həm istehlak, həm də ipoteka kreditləri üzrə tələbin artacağını gözləyirlər", - Mərkəzi Bankın açıqlamasında deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti