...

Mərkəzi Banka yeni baş direktor və sədr müşaviri təyin olunub (FOTO)

Maliyyə Materials 27 May 2024 15:32 (UTC +04:00)
Mərkəzi Banka yeni baş direktor və sədr müşaviri təyin olunub (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankına (AMB) yeni baş direktor təyin olunub.

Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, Vüsal Xəlilov Mərkəzi Bankın baş direktoru təyin edilib. Beləliklə bankın baş direktorlarının sayı 10-a çatıb.

Bundan başqa, Akif Bağırov Mərkəzi Bankın sədri Taleh Kazımova yeni müşavir təyin edilib.

Qeyd edək ki, Mərkəzi Bankın sədrinin digər müşavirləri Abdulla Məlik-Aslanov və Vüqar Əliyevdir. Beləliklə, Mərkəzi Bankın sədrinin müşavirlərinin sayı 3-ə çatıb.

Xatırladaq ki, Akif Bağırov bundan əvvəl Mərkəzi Bankın sədrinin ofisi şöbəsində məsləhətçi vəzifəsində, Vüsal Xəlilov isə "PAŞA Bank" ASC-nin Texnologiya blokunun baş direktoru vəzifəsində çalışıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti