...

Yaxın 3 il ərzində Azərbaycanın maliyyə bazarının on qat artacağı gözlənilir - "PASHA Capital"

Maliyyə Materials 11 İyun 2024 11:29 (UTC +04:00)
Yaxın 3 il ərzində Azərbaycanın maliyyə bazarının on qat artacağı gözlənilir - "PASHA Capital"
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın 3 il ərzində Azərbaycanın maliyyə bazarının on qat artacağı gözlənilir.

Trend xəbər verir ki, bu barədə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin İdarə Heyətinin sədrinin müavini Rauf Qurbanov 2023-cü il üzrə fəaliyyətin yekunları və qarşıdakı dövr üzrə strateji planlara dair mətbuat konfransında çıxışında deyib.

"Yaxın üç il ərzində Azərbaycanın maliyyə bazarının 10 dəfə artacağı gözlənilir. Qeyd etmək lazımdır ki, PAŞA Kapital bu yaxınlarda öz strateji planlarını yenidən gözdən keçirib və biz bu məqsədin əldə olunmasına kömək göstərməyi planlaşdırırıq", - deyə o vurğulayıb.

Qeyd edək ki, "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC 2012-ci ilin iyun ayında yaradılıb. PAŞA Kapital müştərilərinə geniş spektrə malik xidmətlər, o cümlədən broker xidməti, konsaltinq və tədqiqat, anderraytinq, marjinal ticarət, konsultasiya xidmətləri, eləcə də digər yanaşı investisiya xidmətləri təklif edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti