...

Azərbaycandan ən çox pul köçürülən ilk 5 ölkə - ADLAR

Maliyyə Materials 12 İyun 2024 12:05 (UTC +04:00)
Azərbaycandan ən çox pul köçürülən ilk 5 ölkə - ADLAR
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin birinci rübünün yekunlarına görə, Azərbaycandan xarici ölkələrə pul köçürmələrinin həcmi 131 milyon ABŞ dolları olub.

Bu barədə Trend-in sualına cavab olaraq, Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov bu gün keçirilən media brifinqində deyib.

"Birinci rübün yekunlarına görə, Azərbaycandan pul köçürmələrinin həcminə görə ilk beşliyə 38,6 milyon ABŞ dolları ilə Türkiyə, 16,2 milyon dollarla Rusiya, 14,6 milyon dollarla Gürcüstan, 14 milyon dollarla ABŞ və 6,8 milyon dollarla Böyük Britaniya daxildir", - o deyib.

Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, Azərbaycanda fiziki şəxslərin xarici ölkələrə pul köçürmələrinin həcmi 550,126 milyon ABŞ dolları olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti