...

Almaniya COP29-a ciddi maraq göstərir

Yaşıl iqtisadiyyat Materials 21 Fevral 2024 10:33 (UTC +04:00)
Almaniya COP29-a ciddi maraq göstərir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya COP29-a ciddi maraq göstərir.

Trend xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin daimi nümayəndəsi Heyko Şvarts "Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfransda deyib.

"Bildiyiniz kimi, bu ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək və Almaniya bu konfransa xüsusi maraq göstərir. COP29 böyük uğura malik olacaq. Biz uğura nail olmağa dəstək və kömək göstərmək üçün əlimizdən gələni edəcəyik", - deyə o bildirib.

Xatırladaq ki, COP29 konfransının Azərbaycanda keçirilməsi barədə rəsmi qərar 2023-cü il dekabrın 11-də Dubayda elan olunub. Azərbaycan bu ilin noyabrında tədbirə ev sahibliyi edəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti