...

Azərbaycan özünü Avropanın enerji təhlükəsizliyi mənbəyi kimi tanıda bilib - ŞƏRH

Yaşıl iqtisadiyyat Materials 1 Mart 2024 12:11 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 tədbirinin Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bunu Trend-ə açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov deyib.

O bildirib ki, müasir dövrün ən böyük tələblərindən biri ətraf mühitin mühafizəsidir.

"Belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi ilk növbədə Azərbaycanın reytinqinin yüksək olmasından xəbər verir. Azərbaycan yaşıl enerjiyə keçid üçün çox işlər görür. Bununla bağlı təhqiqatlar aparır. Bu məsələlərin qısa zamanda iqtisadi dövriyəyə cəlb edilməsilə bağlı layihələr hazırlanıb. Məsələnin vacibliyi ondan ibarətdir ki, post pandemiya dövrü dünya istiqamətində parametrləri dəyişdi. Eyni zamanda dünyada baş verən münaqişələr bu parametrlərin tamamilə möhkəmlənməsinə şərait yaratdı. Logistik dəhlizləri olan dövlətlər regionun aparıcı qüvvəsinə çevirilib", o deyib.

Ekspert qeyd edib ki, ölkəmiz ənənəvi enerjini uğurla iqtisadi dövriyəyə cəlb edərək müəyyən dəhlizlər vasitəsilə Avropanın enerji təhlükəsizliyi mənbəyi kimi özünü tanıda bilib.

"Bununla yanaşı, alternativ enerjinin gücünü müəyyən edərək qısa zaman ərzində iqtisadi dövriyəyə cəlb edilməsilə bağlı iqtisadi əsaslandırmaları vaxtında aparmaqla regionun geostrateji mövqeyini nəzərə alaraq, Qara dəniz üzərindən ixracını təmin etmək imkanlarımız var. Bununla bağlı sövdələşmələr var. Bu sahədə qabaqcıl ölkələrə Azərbaycana investisiyalar yatırırlar. Misal olaraq, Qaradağ Günəş Elektrik Stansiyasını göstərmək olar. Stansiya Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Digər ərazilərimizdə də bu proseslər aktiv şəkildə gedir",- deyə o, qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti