...

Azərbaycan və AYİB COP29 və iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə mexanizmlərini müzakirə etdi (FOTO)

Yaşıl iqtisadiyyat Materials 22 Aprel 2024 20:43 (UTC +04:00)
Azərbaycan və AYİB COP29 və iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə mexanizmlərini müzakirə etdi (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Alkis Vryenios Drakinosla görüşüb.

Trend xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Alkis Vryenios Drakinos ilə Azərbaycan – AYİB əməkdaşlığının gündəmində olan məsələləri nəzərdən keçirdik", nazir bildirib.

O vurğulayıb ki, görüşdə AYİB-in 2024-2029-cu illər üzrə Azərbaycana dair Ölkə Strategiyasının ilkin layihəsi; yaşıl iqtisadiyyata intensiv dəstək, COP29 üçün çağırışlar və iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə mexanizmlərinin tətbiqi; birgə həyata keçirilən layihələrin perspektivləri gündəmdə olub.

Xəbər lenti

Xəbər lenti