...

Laçın hidroenerjinin inkişafı üçün böyük potensiala malikdir - Məsim Məmmədov

Yaşıl iqtisadiyyat Materials 24 Aprel 2024 14:53 (UTC +04:00)
Laçın hidroenerjinin inkişafı üçün böyük potensiala malikdir - Məsim Məmmədov
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Laçın. Trend:

Laçın hidroenerjinin inkişafı üçün böyük potensiala malikdir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum çərçivəsində konfransda deyib.

"Laçın hidroenerjinin inkişafı üçün böyük potensiala malikdir. Təkcə bu gün burada dörd yeni su elektrik stansiyası inşa edilib. Bu ilin sonunadək daha dörd elektrik stransiyasının inşa ediləcəyi gözlənilir. Biz həmçinin 26,7 milyon kubmetr tutumuna malik yeni su anbarının inşasını davam etdiririk. Su anbarından qonşu Qubadlı və Zəngilan rayonlarında suvarma üçün istifadə olunacaq", - deyə o qeyd edib.

M.Məmmədov həmçinin, Həkəri çayının üzərində 91 milyon kubmetr tutumuna malik iri su anbarının tikintisi üzrə daha bir layihənin həyata keçirildiyini vurğulayıb. Su anbarından təkcə suvarma üçün deyil, həm də digər rayonların, ola bilsin ki, o cümlədən Bakı şəhərinin içməli su ilə təmin olunmasında istifadə olunacaq.

Qeyd edək ki, aprelin 24-də Laçında 30 ölkədənn 64 nüfuzlu ekspertin iştirakı ilə "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum çərçivəsində konfrans öz işinə başlayıb.

ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkil etdiyi konfransda akademiklər, keçmiş səfirlər və beynəlxalq beyin mərkəzlərinin nümayəndələri dayanıqlı inkişaf və "yaşıl" enerji sahəsində təcrübələrini bölüşüblər.

Aprelin 23-də onlar ADA Universitetində "COP29 və Azərbaycana Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda iştirak edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə suallar ünvanlayıblar.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti