...

Azərbaycan "Masdar"la yeni layihə həyata keçirəcək - Nazir müavini

Yaşıl iqtisadiyyat Materials 27 May 2024 10:25 (UTC +04:00)
Azərbaycan "Masdar"la yeni layihə həyata keçirəcək - Nazir müavini
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Enerji keçidi üzrə qarşımızda böyük hədəflər durur.

Trend xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfransda çıxışı zamanı deyib.

"Bir sıra təhlillər apararaq “yaşıl gündəliyi”mizi müəyyənləşdirmişik. Azərbaycanın milli prioritetləri arasında "yaşıl" enerji xüsusi yer tutur.

"Masdar" şirkəti tərəfindən icra olunan layihə artıq istifadəyə verilib. Yaxın zamanlarda "Masdar" şirkəti ilə bir meqavat gücündə olacaq yeni layihəni həyata keçirəcəyik”.

Qeyd edək ki, 2006-cı ildə əsası qoyulmuş "Masdar" şirkəti 40-dan çox ölkədə ümumi qoyuluş gücü 20 qiqavattdan çox olan layihələr icra edib.

Xəbər lenti

Xəbər lenti