Bakı. Trend:
Azərbaycanın COP29-a hazırlığı yüksək səviyyədə gedir.
Trend xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan dayanıqlı "yaşıl" iqtisadiyyata hazır olmalıdır.
"İqlimlə bağlı bilik və bacarıqlar, qabiliyyət erkən yaşlardan başlanmalıdır. Eləcə də, dəqiq elmlərin daha da gücləndirilməsi, STEAM (Science, Technology, Engineering, Art & Math) təhsilinə gənc qızların cəlbini istəyirik. Daim bu sektorlarla əməkdaşlığa hazırıq. Düşünürük ki, təhsil sahəsində əməkdaşlıq gücləndirilməlidir”.
BMT rəsmisi onu da əlavə edib ki, Azərbaycanın COP29-a hazırlığı yüksək səviyyədə gedir:
"Bu istiqamətdə bütün mühüm təməl bloklarla bağlı zəruri işlər görülüb".
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfrans keçirilib. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, həmçinin, digər dövlət rəsmiləri, millət vəkilləri iştirak edib.