...

COP29 çərçivəsində şirkətlərin rəqəmsallaşması üzrə seminar keçiriləcək

Yaşıl iqtisadiyyat Materials 12 İyun 2024 15:09 (UTC +04:00)
COP29 çərçivəsində şirkətlərin rəqəmsallaşması üzrə seminar keçiriləcək
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda COP29 çərçivəsində şirkətlərin rəqəmsallaşması üzrə seminarın keçirilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) nümayəndəsi Hizer Straus bu gün Bakıda keçirilən "Ağıllı Sənaye Hazırlığı İndeksi" (SIRI) üzrə seminarın kuluarlarında jurnalistlərə deyib.

"Sabah 15 startapın iştirak edəcəyi seminar keçiriləcək. Onların arasında Azərbaycandan 11, Türkiyə və Tacikistandan isə iki layihə yer alır. Tədbir COP29 çərçivəsində şirkətlərin rəqəmsallaşmasına həsr olunacaq. Bundan başqa, seminar çərçivəsində potensialın gücləndirilməsi üzrə iki aylıq proqram başlayacaq. Proqram şirkətlərə texnologiya və məhsullarını genişləndirmək, habelə beynəlxalq bazarlara çıxmaq üçün korporativ vençur kapitalını necə cəlb etməyi öyrətmək mövzusunda təlim keçməyi hədəfləyir" - o deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti