...

COP29 bütün dünya üçün bir uğurdur - BMT Baş Assambleyasının 73-cü prezidenti

Yaşıl iqtisadiyyat Materials 19 İyun 2024 10:28 (UTC +04:00)
COP29 bütün dünya üçün bir uğurdur - BMT Baş Assambleyasının 73-cü prezidenti
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

COP29-un uğuru bütün dünya üçün bir uğurdur. Xüsusən də yaşadığımız iqlim fəlakətinin qurbanları haqqında düşünəndə bu özünü göstərir. Çünki iqlim böhranının qurbanları hər dəqiqə artır.

Trend xəbər verir ki, bunu bu gün BMT Baş Assambleyasının 73-cü prezidenti Maria Fernanda Espinosa “COP29-a aparan yol - Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantıda çıxışı zamanı deyib.

O qeyd edib ki, biz səylərimizi, intellektimizi ən böyük ambisiya və ortaq məsuliyyətlə bir araya gətirməyi borcluyuq.

“Düşünürəm ki, biz hamımız COP-un uğurunda şərikik. Biz öyrənmək, dinləmək, iqlim dəyişikliyi ilə bağlı intellektual müzakirələri gücləndirmək üçün buradayıq. Həm də biz COP 29 uğurunun bir hissəsi olmaq istəyirik.

COP29-un uğuru təkcə Azərbaycanın uğuru olmayacaq, əvvəldə qeyd etdiyim kimi, o, təkcə tərəflərin konfransına deyil, həm də çoxtərəfli sistemə inam, legitimlik yaradacaq”,- deyə o bildirib.

Qeyd edək ki, bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə fəaliyyətini təmin etməkdir.

Bakıda keçiriləcək COP29-a hazırlıq onun iqlim fəaliyyətində mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək üçün çoxşaxəli yanaşmanı əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti