Bakı. Trend:
Elm, texnologiya və innovasiya, iqlim problemlərini həll etmək və davamlı gələcəyə töhfə vermək üçün əhəmiyyətlidir.
Trend xəbər verir ki, bu bu gün Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun müavini Nüvə Elmləri və Tətbiqləri Bölməsinin rəhbəri Najat Mokhtar “COP29-a aparan yol - Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantıda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ən son elmi hesabatlar göstərir ki, dünya demək olar ki, bütün dayanıqlı inkişaf məqsədlərini təhlükə altına alaraq iqlim hədəflərinə çatmaqda acizdir.
“İqlim dəyişikliyi sağlamlıq və qida sistemlərimizdən tutmuş iqtisadiyyatımıza və ətraf mühitə qədər həyatımızın hər sahəsinə toxunan problemdir. Bununla belə, bu problemin içərisində insan ixtirasının və texnoloji innovasiyaların gücü ilə idarə olunan görünməmiş bir fürsət var”,- deyə o bildirib.
Qeyd edək ki, bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə fəaliyyətini təmin etməkdir.
Bakıda keçiriləcək COP29-a hazırlıq onun iqlim fəaliyyətində mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək üçün çoxşaxəli yanaşmanı əhatə edir.